525.Az

Telefon danışıq tarifləri aşağı salınacaq


 

Telefon danışıq tarifləri aşağı salınacaq<b style="color:red"></b>

"Azərbaycanda stasionar telefon danışıqları və bir sıra digər rabitə xidmətlərinin mövcud tariflərinin aşağı salınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təkliflər hazırlanıb".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, bu məsələdə Nazirliyin ən əsas məqsədi şəbəkələrin səmərəliliyi və təhlükəsizliyinin artırılmasıdır: «Eyni zamanda, yeni xidmətlərin istifadəyə verilməsi də nəzərdə tutulur».
 
Qeyd edək ki, təkliflərin yaxın zamanlarda Tarif Şurasına təqdim edilməsi planlaşdırılır.
 

 





21.10.2013    çap et  çap et