525.Az

Təcili yardım maşını piyadanı vuraraq öldürüb


 

Təcili yardım maşını piyadanı vuraraq öldürüb<b style="color:red"></b>

 Azərbaycanda təcili yardım avtomobili piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Kürdəxanı-Zabrat yolunun rayonun Məhəmmədi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 
Namiq Zahid oğlu Əliyevin idarə etdi “90-JD-688”  dövlət nömrə nişanlı “Mercedes Spirinter” markalı təcili yardım avtomobili yolu keçmək istəyən Namiq Fərhad oğlu Mustafayevi vurub. N. Mustafayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır. 

 





21.10.2013    çap et  çap et