525.Az

Hava mülayimləşəcək


 

Hava mülayimləşəcək<b style="color:red"></b> ABŞ-ın Azərbaycandakı səfiri prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı bəyanat verib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 22-nə gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi  məlumata görə, qeyri-sabit hava şəraiti bu gün günortaya qədər davam edəcək.
 
Oktyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12 dərəcə, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 22-də hava əsasən yağmursuz olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.  Aran rayonlarında gecə 8-13 dərəcə, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.
 
Yaxın iki gün ərzində Abşeron yarımadasında nisbətən mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 





21.10.2013    çap et  çap et