525.Az

“Pokrov” bazarındakı azərbaycanlılar ”Cənub qapısı”na köçür


 

“Pokrov” bazarındakı azərbaycanlılar ”Cənub qapısı”na köçür<b style="color:red"></b> Moskvanın Qərbi Brilyevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasından çıxarılan bütün azərbaycanlılar yeni salınmış bazarda işləyir. Bu barədə APA-ya Rusiyada yaşayan azərbaycanlı iş adamı məlum verib.
 
O qeyd edib ki, Moskva Dairəvi avtomobil yolunun 19-cu kilometrliyində “Cənub qapısı” deyilən ərazidə yeni bazar salınıb və bazarda azərbaycanlıların ticarətlə məşğul olması üçün hər bir şərait yaradılıb.
 
Qeyd edək ki, Moskvanın Çertanov Rayon Məhkəməsi “Pokrov” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. Məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasının daxil olduğu “Novıe Çeryomuşki” QSC-nin fəaliyyətinin dayandırılıb. Məhkəmədə iddiaçı qismində “Rospotrebnadzor” iştirak edib. “Rospotrebnadzor”un iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib.
 
“Pokrov” bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub.
 
 





21.10.2013    çap et  çap et