525.Az

Təhsil Nazirliyi Pedaqoji Universitetdə keçirilən aksiyaya münasibət bildirib


 

Təhsil Nazirliyi Pedaqoji Universitetdə keçirilən aksiyaya münasibət bildirib<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetində bir qrup tələbə semestr imtahanlarının yazılı keçirilməsinə etiraz edib.

Onlar imtahanın test üsulu ilə aparılması tələbini irəli sürüblər. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, hər universitetdə semestr imtahanlarının hansı formada keçirilməsi professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra seçilə bilər və bu, nazirlik tərəfindən təsdiq olunur:
 
“Təhsil Nazirliyi olaraq bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən semestr imtahanlarının keçirilməsi formasında hər hansı dəyişikliyi nazirlik təsdiq etməyib”.

 





21.10.2013    çap et  çap et