525.Az

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır


 

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır<b style="color:red"></b>

Bu gündən məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə imzaladığı əmrə əsasən, bu proses sentyabrın 25-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

 





26.08.2019    çap et  çap et