525.Az

Zəvvarların sonuncu qrupu vətənə döndü


 

Zəvvarların sonuncu qrupu vətənə döndü<b style="color:red"></b>

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Vətənə geri dönüblər.

525.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, sonuncu qrupda 159 zəvvar olub.

Qeyd edək ki, zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana qayıdıb.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.

 





26.08.2019    çap et  çap et