525.Az

Nazirlik bir neçə ictimai-iaşə obyektinə xəbərdarlıq etdi


 

Nazirlik bir neçə ictimai-iaşə obyektinə xəbərdarlıq etdi<b style="color:red"></b>

"Havaya atılan tullantıların azaldılması və normalara cavab verməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ictimai-iaşə obyektlərində keçirilmiş monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülmüş kompleks tədbirlərin nəticəsində artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb".

Bu barədə APA-ya ETSN-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, lakin bəzi restoranlardan havaya  tüstünün, iy-qoxunun yenidən yayılması müşahidə olunduğundan ictimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib.  Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub.

Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı dəyişdirilməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan “məcburi göstəriş”lər verilib.

Monitorinqlər davam etdirilir.

 





26.08.2019    çap et  çap et