525.Az

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı sabah başa çatır


 

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı sabah başa çatır<b style="color:red"></b>

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi avqustun 27-də başa çatır. 

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər qeydiyyatdan keçmək üçün təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.

Qeyd edək ki, 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

 





26.08.2019    çap et  çap et