525.Az

Qazaxıstan XİN: "Azərbaycan və Qazaxıstan arasında konstruktiv siyasi dialoq mövcuddur"


 

Qazaxıstan XİN: "Azərbaycan və Qazaxıstan arasında konstruktiv siyasi dialoq mövcuddur"<b style="color:red"></b>

“Azərbaycan və Qazaxıstan arasında konstruktiv siyasi dialoq mövcuddur”.

APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin 27-ci ildönümü münasibətilə rəsmi “Facebook” səhifəsində paylaşıb.

Qeyd olunub ki, Azərbaycanla Qazaxıstan regional və beynəlxalq məsələlərdə oxşar mövqe sərgiləyirlər. İkitərəfli əlaqələr iki ölkə arasında 2005-ci ilin mayında Bakıda imzalanan Strateji tərəfdaşlıq və müttəfiq əlaqələrə dair sazişin müddəalarına əsasən inkişaf edir: “Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev və Azərbaycan Respublikasının ümumilli lideri Heydər Əliyev arasında mövcud olmuş dostluq əlaqələri hazırda Prezident İlham Əliyevlə davam edir".

Bildirilib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 258,3 milyon ABŞ dolları təşkil edib. Ötən il ərzində iki ölkə Prezidentləri, Baş nazirləri, Xarici İşlər nazirləri və digər nazirliklər arasında 30-dan çox görüş baş tutub. İkitərəfli ticari-iqtisadi əlaqələrin əsasını təşkil edən nəqliyyat-logistika sahəsi genişlənir və inkişaf edir.

“Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiya da ikitərəfli iqtisadi əməkdaşlığa öz töhfəsini verir. Bizim çoxşaxəli əməkdaşlığımız qarşılıqlı inam üzərində qurulub. Beynəlxalq gündəmdə olan aktual məsələlərə dair mövqeyimiz bənzərdir”, - XİN qeyd edib.

 





27.08.2019    çap et  çap et