525.Az

Beynəlxalq Kulinariya Günü Bakıda da qeyd olunub


 

Beynəlxalq Kulinariya Günü Bakıda da qeyd olunub<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə Beynəlxalq Kulinariya Gününə həsr edilmiş mərasim keçirilib. AMKA-nın icraçı direktoru Ceyran Əsgərova 20 oktyabr – Beynəlxalq Kulinariya Gününün artıq dünyada 10-cu, Azərbaycanda isə 7-ci dəfədir qeyd olunduğunu bildirib. O, kulinarlarımızın son bir ildə əldə etdikləri uğurlardan söhbət açıb: “Bu müddətdə Azərbaycan kulinarları 12 qızıl, 14 gümüş, 18 bürünc medal, 1 kubok və onlarla diplom qazanıblar. İki beynəlxalq elmi konfransda, 6 çempionatda iştirak edən komandamız ölkəmizdə də regional mətbəxin öyrənilməsi, Ağcabədi, Qəbələ, Şamaxı və digər regionlara ekspedisiyaların təşkili, milli mətbəximizin təbliği sahəsində də böyük uğurlara sahib olub”.

Sonda kulinarlara AMKA-nın diplomları, adlar və dərəcələr verilib.

S.ABDULLAYEVA

 





22.10.2013    çap et  çap et