525.Az

Təhsil Nazirliyi yanında İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatdı


 

Təhsil Nazirliyi yanında İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatdı <b style="color:red"></b>

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlər və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutları təmsilçilərinin  iyulun 22-dən başlayan qeydiyyat prosesi yekunlaşıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb.

İctimai Şuraya seçkilərin keçirilmə tarixi və yeri barədə yaxın  günlərdə məlumat veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.

 





27.08.2019    çap et  çap et