525.Az

Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqladı


 

Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqladı <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan APA-ya verilən məlumata görə, avqustun 26-da Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir.

Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması aşkar olunmayıb.

Günəş küləyinin sürəti 310-330 km/san intervalında olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Kosmik hava proqnozuna əsasən, avqustun 28-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin tac dəliyindən çıxan yüksək sürətli axınlar effektinin geoeffektivliyi səbəbindən nisbətən güclənəcəyi proqnozlaşdırılır.

Avqustun 26-27-də qeyri-stabil şərait (Kp=3, 4) proqnozlaşdırılır. Sonuncu proqnoz günü - avqustun 28-də nisbətən sabit şərait (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 26 və 28 avqust tarixlərində 5%-dən, 27 avqustda isə 10%-dən aşağı qiymətləndirilir.

 





27.08.2019    çap et  çap et