525.Az

BŞBPİ: "İcra başçısının oğlunun təyinatı ilə bağlı yayılan məlumatlar yalandır"


 

BŞBPİ: "İcra başçısının oğlunun təyinatı ilə bağlı yayılan məlumatlar yalandır"<b style="color:red"></b>

Bakı şəhər Baş Polis İdarəsi icra başçısının oğlunun rəis təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya açıqlamasında bildirib ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlunun Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə rəis müavini vəzifəsinə təyin olunması ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Həmin şöbəyə hər hansı təyinat olmayıb”.

 





27.08.2019    çap et  çap et