525.Az

BŞİH ictimai çimərliklərlə bağlı məlumat yaydı


 

BŞİH ictimai çimərliklərlə bağlı məlumat yaydı <b style="color:red"></b>

Son bir neçə gündə bəzi KİV-də yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı həqiqətəuyğun olmayan xəbərlər verilib. 

APA xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin məlumatında yer alıb.

Bildirilib ki, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur.

Çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır.

Həmin KİV-də qeyd olunanlar isə şaiyələrdən başqa bir şey deyil.

 





27.08.2019    çap et  çap et