525.Az

"İrəli" gəncləri beynəlxalq layihədə


 

"İrəli" gəncləri beynəlxalq layihədə <b style="color:red"></b> "İrəli" İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində 7 “İrəli" gənci iştirakçı qismində, Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edir.

Layihənin mövzusu insan hüquqları, ölkələrdə bununla bağlı yaşanan problemlər və onların həlli yollarıdır.

Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, müzakirələr, ekskursiyalar təşkil olunub.

Layihə ərzində iştirakçılar mübahisəli mövzuların qeyri-formal öyrənilməsi, müzakirə qruplarının təşkil edilməsi və öz fikirlərini yaradıcı şəkildə ifadə etmə bacarıqlarını formalaşdırması üzərində çalışıblar.

“İrəli” gəncləri “İrəli” İctimai Birliyinin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə Azərbaycanın mədəniyyət gecəsi zamanı milli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi layihə iştirakçılarına təqdim ediblər.

Mübadilə proqramında 5 ölkə - İspaniya, Türkiyə, Yunanıstan, Gürcüstan və Azərbaycan iştirak edir.
 





27.08.2019    çap et  çap et