525.Az

Müəllimlərin işə qəbulu üzrə apelyasiya müraciətinin vaxtı açıqlandı


 

Müəllimlərin işə qəbulu üzrə apelyasiya müraciətinin vaxtı açıqlandı <b style="color:red"></b>

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazana bilməyən namizədlərin apelyasiya müraciətinin vaxtı açıqlanıb.

APA xəbər verir ki, Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdir müavini Murad Camalzadə bildirib ki, müəllimlərin əlavə yerləşdirmə müsabiqəsinin müsahibə mərhələsi sentyabrın 2-3-də keçiriləcək:

“İkinci mərhələnin müsahibə mərhələsi başa çatdıqdan sonra həm birinci, həm də ikinci mərhələdə uğur qazana bilməyən namizədlərin apelyasiya müraciətləri olacaq. Bu isə təxminən sentyabrın 8-9-da nəzərdə tutulur”.

 





29.08.2019    çap et  çap et