Sabah Azərbaycan Superkuboku çərçivəsində keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyunu televiziya vasitəsilə canlı yayımlanacaq.
Qol.Az-ın məlumatına görə, futbolsevərlər Naxçıvanda baş tutacaq oyunu "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" oyunu sabah, saat 15:00-da başlayacaq.
çap et