525.Az

İran Xəzərdə hərbi təlimə başlayıb


 

İran Xəzərdə hərbi təlimə başlayıb<b style="color:red"></b>

Bu gün İran Xəzər dənizində "Davamlı təhlükəsizlik-98" hərbi təliminə başlayıb.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, təlimlər 4 gün davam edəcək.

Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri və bölmələri iştirak edir. Təlim müddətində şərti düşmənin yerüstü, dəniz və hava hədəflərinin məhv edilməsini nəzərdə tutan əməliyyatlar icra olunacaq.

 





01.09.2019    çap et  çap et