525.Az

BAXCP dərs ilinin sentyabrın əvvəlində başlanmasını təklif edir


 

BAXCP dərs ilinin sentyabrın əvvəlində başlanmasını təklif edir<b style="color:red"></b>

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib.

BAXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, təşkilati məsələlər, təhsil, iqtisadiyyat və digər istiqamətlər üzrə müzakirələr aparılıb.

BAXCP İdarə Heyətinin iclasında dərs ilinin başlanması ilə bağlı məsələyə də toxunulub və dərs ilinin sentyabrın əvvəlindən başlanılması ilə bağlı hökumətə növbəti dəfə çağırış edilib. Bununla bağlı BAXCP İdarə Heyətinin açıqlamasında deyilir ki, tədris prosesində uzunmüddətli fasilənin yaranması şagirdlərin oxuma və öyrənmə, dərs rejiminə alışmaq kimi təhsillə bağlı olan bir çox vərdişləri yadırğalamalarına səbəb olur. Məhz bu səbəbdən dünyanın əksər ölkəsində yay tətilinin müddəti 45 gündən çox deyil. Digər tərəfdən, son illərin hava proqnozu da sentyabrın ilk günlərindən havaların sərin keçdiyini göstərir.

BAXCP İdarə Heyətinin açıqlamasında Milli Məclisin müzakirəsinə çıxarılacaq 2020-ci ilin dövlət büdcəsi ilə bağlı təkliflər də səsləndirilib. Qeyd olunub ki, büdcədə elmə və təhsilə ayrılması nəzərdə tutulan vəsaitlər nəzərəçarpacaq səviyyədə artırılmalıdır: “Çünki cəmiyyətin mədəni və intellektual səviyyəsinin yüksəldilməsi elm və təhsilin inkişafından asılıdır”.

BAXCP İdarə Heyəti hökuməti təhsil kreditləri ilə bağlı məsələni islahatların prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlamağa çağırıb.

 





02.09.2019    çap et  çap et