525.Az

"Düz 16 ildir ki, prezidentimiz bu sarıdan addımlar atır"


 

"Düz 16 ildir ki, prezidentimiz bu sarıdan addımlar atır" <b style="color:red"></b>

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin ikinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib”.

Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.

Deputatın sözlərinə görə, Prezident tərəfindən verilən sərəncam o qədər müdrik, o qədər humanist, o qədər uzaqgörən, o qədər xalqın maraqlarını, mənafeyini təmin edən sosial paketdir ki, bu həqiqətən xalqın sosial rifahının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklərdir:

“Bu sərəncam 4,2 milyon vətəndaşa şamil olunur. İki il ərzində 5,3 milyard manat dövlət büdcəsindən vəsait ayrılacaq. Bu o insanlar qrupuna aid oldu ki, həqiqətən onlara kömək lazım idi. Onların içərisində məcburi köçkünlər, şəhid ailələri, pensiyaçılar, müharibə veteranları var və s. Bütövlükdə bu Azərbaycan iqtidarının, cənab İlham Əliyevin yürütdüyü siyasətin əsas elementlərindən biridir. Mən xatırlarmaq istərdim ki, hələ dövlət başçımız hakimiyyətin ilk dövründə belə bir tezis irəli sürmüşdü: “Neft bəzən xalqlara xoşbəxtlik gətirir, bəzən isə bədbəxtlik. Mən çalışacam ki, neft Azərbaycan xalqına xoşbəxtlik gətirsin”.

Sonradan isə ölkə rəhbəri bəyan etdi ki, bir nəfər də olsun çadır şəhərciyində qalan insan olmayacaq. Cənab İlham Əliyev sonradan sistemli şəkildə dəfələrlə dönə-dönə dedi ki, Azərbaycan siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır. Görürsünüz, düz 16 ildir ki, Prezidentimiz bu sarıdan addımlar atır. Əlbəttə ki, indiyədək bizim dövlətin çox böyük xərcləri olub. Biz çox böyük transmilli layihələrə həyat vəsiqəsi vermişik. Qaçqın və məcburi köçkünlərə yüzdən çox yaşayış kompleksi və şəhərcik salmışıq. Eləcə də biz çox güclü, qüdrətli ordu yaratmışıq və onu silahlandırmışıq. Artıq indi transmilli layihələr işə düşüb və bu əsrlər boyu xalqımız fayda gətirəcək. Bax, bu siyasət davamlıdır və ardıcıldır".

 





02.09.2019    çap et  çap et