525.Az

Səməd Seyidov AŞPA-nın Büro iclasına qatılacaq


 

Səməd Seyidov AŞPA-nın Büro iclasına qatılacaq<b style="color:red"></b>

Sentyabrın 3-də İsveçrənin Bern şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro iclası keçiriləcək. 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Tədbirdə qurumun payız sessiyasının gündəliyi təsdiqlənəcək, AŞPA-da ləğv olunmuş Azad Demokratlar qrupu, Ukraynada keçirilmiş parlament seçkilərinin nəticələri, Parlament Assambleyasının xarici əlaqələri barədə müzakirələr aparılacaq.

Səfər sentyabrın 4-də başa çatacaq.

 





02.09.2019    çap et  çap et