525.Az

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin vaxtı açıqlandı


 

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin vaxtı açıqlandı <b style="color:red"></b>

Sentyabrın 4-də Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadənin APA-ya verdiyi xəbərə görə, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub.

Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Seçkilərdə sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb.

Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Seçkilər Azərbaycan-Fransız Universitetində təşkil ediləcək.

Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.

 





02.09.2019    çap et  çap et