525.Az

Trampın payızda Polşaya səfəri gözlənilir


 

Trampın payızda Polşaya səfəri gözlənilir<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Trampın payızda Polşaya səfəri gözlənilir.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın vitse prezidenti Maykl Pens Polşa Prezidenti Andjey Duda ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, Donald Trampın sentyabrın 1-2-də Polşaya səfəri gözlənilsə də "Dorian" qasırğasının ABŞ-a yaxınlaşması ilə əlaqədar o, son anda bu səfəri təxirə saldığını bəyan edib.

İkinci Dünya müharibəsinin başlamasının 80-ci ildönümü münasibətilə Polşada təşkil olunan tədbirlərdə ABŞ-ı vitse prezident Maykl Pens təmsil edib.

A.Duda də çıxışı zamanı ABŞ Prezidentinin qarşıdakı aylarda Polşaya səfər edəcəyinə inandığını ifadə edib.

 





02.09.2019    çap et  çap et