525.Az

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb, Rauf Vəliyev sədr təyin olunub


 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb, Rauf Vəliyev sədr təyin olunub<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, prezidentin digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri təyin edilib.
 
Qeyd edək ki, indiyədək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsini Aydın Bəşirov tutub.

 





22.10.2013    çap et  çap et