525.Az

Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir


 

Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir<b style="color:red"></b>

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, səfər zamanı Azərbaycanla Rusiya arasında təhlükəzilik məsələlərinə dair məsləhətləşmələr aparılacaq.

"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycan Respublikasına səfər edəcək. Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və iki ölkənin bir sıra nazirlik və qurumlarının nümayəndələri ilə təhlükəsizliyə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq", - deyə, Rusiya Təhlükəzilik Şurasının press-relizində bildirilir.

 





03.09.2019    çap et  çap et