525.Az

YAP-ın mənzil qərargahında ənənəvi mətbuat konfransları keçiriləcək


 

YAP-ın mənzil qərargahında ənənəvi mətbuat konfransları keçiriləcək<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyasının İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib.

YAP-ın Mətbuat Xidmətindən verilən məlumata görə, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur.

Sentyabrın 10 –da ilk mətbuat konfransı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.

 





03.09.2019    çap et  çap et