525.Az

"Vətəndaş amili hər şeydən üstün tutulur"


 

"Vətəndaş amili hər şeydən üstün tutulur" <b style="color:red"></b>

"Minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50%, hüquq-mühafizə orqanlarında çalışanların əmək haqqları 40%, ümumtəhsil və peşə təhsilli işçilərinin əmək haqları 20%, ümumiyətlə büdcədən maliyyələşən təşkilatların əməkhaqları da orta hesabla 40%-ə qədər artıb. Ümumilikdə 1,350 milyon insanın əməkhaqları və gəlirləri əhəmiyyətli şəkildə artır".

Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin nəticəsində baş verir:

"Ölkədə aparılan islahatlar nəticəsində iqtisadiyyat inkişaf edir, əldə olunan gəlirin bir hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Vətəndaş amili hər şeydən üstün tutulur.

Sosial paket reallaşdıqca insanların rifahı yaxşılaşır. Bunlarla bərabər 1 oktyabrdan minimum pensiya artırılması nəzərdə tutulub".

 





03.09.2019    çap et  çap et