525.Az

Səfər Əbiyevdən açıqlama: Heç bir problem yoxdur


 

Səfər Əbiyevdən açıqlama: Heç bir problem yoxdur<b style="color:red"></b> On səkkiz ildən çox müdafiə naziri olmuş general polkovnik Səfər Əbiyev vəzifədən azad edildikdən sonra ilk dəfə açıqlama verib.

525.az-ın mediaforum.az-a istinadən verdiyi məlumata görə, “Yenidən müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz” sualına Səfər Əbiyev belə cavab verib:
 
“Çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur”.
 
Qeyd edək ki, Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.

1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziri idi. O, bu postu general-polkovnik rütbəsində tərk edib.
Səfər Əbiyevin yerinə Zakir Həsənov müdafiə naziri təyin olunub.
 





23.10.2013    çap et  çap et