525.Az

“Qarabağ məsələsində Azərbaycanın mövqeyi heç zaman dəyişməyəcək"


 

“Qarabağ məsələsində Azərbaycanın mövqeyi heç zaman dəyişməyəcək"<b style="color:red"></b>

"Paşinyan hakimiyyətinin bir ili ermənilər üçün çətin və aldanılmış tarix olub".

Bunu "525"ə açıqlamasında millət vəkili Azər Badamov deyib.

"Paşinyan hakimiyyətə demokratiya şüarları ilə gəlsə də, hakimiyyətdə olduğu müddətdə küçə təfəkkürü ilə hərəkət edərək, daha çox anitidemokratik hərəkətləri və davranışları ilə yadda qaldı" - deyən millət vəkilinin sözlərinə görə, bir il ərzində mətbuata təzyiq, seçkilərdə polis gücündən istifadə və məhkəmələrə təzyiqlər, iqtisadiyyatda boşluğun böyüməsi və Ermənistanın iflası prosesinin sürətlənməsi yaşandı və yaşanmaqdadır.

"Ümumiyyətlə, Ermənistanın daxili siyasətində xalqın Paşinyandan gözləntiləri özünü doğrultmadı. Ermənistanın beynəlxalq siyasətində isə bu ölkə müstəqillik statusunu itirə-itirə gedir. Paşinyanın aparmaq istədiyi hiyləgər üç üzlü siyasəti Ermənistanı tamamilə hörmətdən salıb və bu gün nə ABŞ, nə Rusiya, nə də Avropa İttifaqının rəhbərliyi Paşinyanla bir stol arxasında oturub danışıq aparmaq istəyir. Hətta, deyə bilərik ki, Paşinyanı dövlət rəhbəri kimi qəbul etmirlər. Paşinyanın 1 illik fəaliyyəti Ermənistana həmişə dəstək olan erməni diasporunun da Ermənistandan üz döndərməsinə gətirib çıxardı. E

rmənistan-Azərbaycan münaqişəsi ilə də bağlı hakimiyyəti yeni ələ alanda konfliktin həllində üçüncü tərəf kimi Dağlıq Qarabağ ermənilərinin iştirakı, format dəyişikliyi məsələsini ortaya adı. Onun bu ideyası da uğursuz alındı və davam etdirilən danışıqlar yenə də Ermənistan Azərbaycan arasında aparılır. Həm daxili siyasətində, həm də xarici siyasətdə uğursuzluqa düçar olunan Paşinyan indi də sərsəm bəyanatlarla daxili auditoriyanı sakitləşdirməyə çalışır.

Onun açıqladığı son bəyanatlar da Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bir daha təsdiqlədi və ATƏT-in Minsk qrupu həmsədrlərin fəaliyyətini heçə endirərək, Azərbaycana öz torpaqlarını silah gücü ilə azad etmək şansı vermiş oldu. Paşinyan indi də "xarici düşmən təhlükəsi ətrafında erməni ictimaiyyətinin birləşməsi" fikrini ortaya atmaqla, hakimiyyətini əlində saxlamaq istəyir. Atalar misalı var: tülkü çox hiyləgər olduğundan dörd ayağı ilə tələyə düşür.

Belə ki, Paşinyanın son bir illik hakimiyyəti dövrü Ermənistana yaxşı heç nə vermədi, Azərbaycanın xeyrinə işləmişdir və düşünürəm ki, Ermənistanın iflasının sürətlənməsi dövrü kimi yadda qaldı. Əgər Ermənistan rəhbərliyi, Paşinyan hökuməti, erməni siyasətçiləri öz xəstə təfəkkürlərindən, səhv, yanlış, xətalı yollarından, təcavüzkarlıq və işğalçılıq siyasətlərindən, "Böyük Ermənistan" xülyasından əl çəkməsələr, həm özlərinin, həm xalqlarının və dövlətlərinin iflasını daha da tezləşdirmiş, özlərinin sonunu daha sürətləndirmiş olacaqlar. Yox, əgər bunu istəmirlərsə, o zaman yanlışlıqlarına, səhvlərinə, iki əsrdən çoxdur ki, davam edən fitnəkarlıqlarına son verib, təcavüzkarlıq və işğalçılıq siyasətlərindən əl çəkməli, Azərbaycanla ədalətli sülhə razı olmalıdırlar. Çünki başqa yolları yoxdur. Onlar bilməlidirlər, dərk və qəbul etməlidirlər ki, Qarabağ Azərbaycanındır və daim də Azərbaycanın olacaq. Ölkə prezidenti cənab İlham Əliyevin də dəfələrlə ən yüksək, ən ali kürsülərdən bəyan etdiyi kimi, torpaq məsələsində kimsəyə güzəşt olmayacaq. Bu, Azərbaycan dövlətinin, Azərbaycan xalqının, ölkə liderinin birmənalı, dəyişməz mövqeyidir və bu mövqedə də dəyişən heç yoxdur..." - deyə, A.Badamov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





04.09.2019    çap et  çap et