525.Az

Meksika səfiri Zirə Mədəniyyət Mərkəzində


 

Meksika səfiri Zirə Mədəniyyət Mərkəzində <b style="color:red"></b>

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Zirə Mədəniyyət Mərkəzini ziyarət edib.

Meksikanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, R.Labardini mərkəzlə tanış olub, məktəbli və tələbələr üçün yaradılmış kurslar və şəritlə yaxından maraqlanıb. Xalça Muzeyində nümayiş olunan "Qədim xalılar" və "Bakı qrupu yeni çeşnilər" ekspozisiyası səfirin diqqətini cəlb edib.

Mərkəzin rəhbərliyi və kollektivi ilə söhbət zamanı, Meksikanın tanıdılması, birgə mədəni və kütləvi tədbirlərin keçirilməsi və bir sıra digər məsələlər barəsində danışılıb, gələcəkdə sıx əməkdaşlıq edilməsi barədə razılığa gəlinib. Mərkəz adından səfirə "Yaxın-Uzaq Zirə" və "Bakı xalçaları: Yeni çeşnilər" kitabları hədiyyə verilib.

Görüşdən sonra Zirə Eko parkına baxış keçirilib. Dostluq rəmzi olaraq səfir R.Labardini parkda ağac əkib.

C.ABASOV

 





04.09.2019    çap et  çap et