525.Az

Yağış yağacaq


 

Yağış yağacaq<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında oktyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında oktyabrın 24-də arabir yağış yağacağı, dağlıq ərazilərdə isə sulu qara və qara keçəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 14-19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 





23.10.2013    çap et  çap et