525.Az

Ərdoğan: "Bizə dəstək göstərməsəniz, qaçqınlar üçün Avropaya qapıları açacağıq"


 

<b style="color:red">Ərdoğan: "Bizə dəstək göstərməsəniz, qaçqınlar üçün Avropaya qapıları açacağıq"</b>

Türkiyə Qərbdən zəruri dəstək görmədiyi təqdirdə qaçqınlar üçün Avropaya qapıları açmağa hazırdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Qərb Türkiyəyə Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsində kömək etməlidir:

“Ya siz bizə təhlükəsizlik zonası məsələsində dəstəkləməlisiniz, ya da biz sərhəd keçidlərimizi açmaq məcburiyyətində qalacağıq. Ya siz bizə kömək edirsiniz, ya da heç kim atdığı addıma görə peşman olmamalıdır. Biz 1 milyon qaçqını təhlükəsizlik zonasında yerləşdirmək istərdik”.

 





05.09.2019    çap et  çap et