525.Az

Putin: “Rusiya G8-in bərpasının əleyhinə deyil”


 

Putin: “Rusiya G8-in bərpasının əleyhinə deyil”<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “Böyük səkkizlik” (G8) formatına qayıtmasına münasibət bildirib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Vladivostok şəhərində keçirilən V Şərq İqtisadi Forumunda çıxış edən V. Putin bildirib ki, Rusiya “Böyük səkkizliy”in (G8) bərpasının əleyhinə deyil.

V. Putin vaxtilə G8 ölkələrinin növbəti görüşünün Rusiyada keçirilməli olduğunu xatırladıb.

“Əgər bizim tərəfdaşlarımız Rusiyaya təşrif buyurmaq istəsələr, biz bundan şad olarıq. Əgər onlar “Böyük səkkizliyi” bərpa etmək istəyirsə, buyursunlar. Biz hər hansı əməkdaşlıq formatından imtina etmirik”, - V. Putin vurğulayıb.

Qeyd edək ki, G8 ölkələrinin sammiti 2014-cü ilin iyun ayında Soçidə keçirilməli idi. Ukraynada baş verən hadisələrdən “Böyük yeddiliyin” liderləri bu görüşü təxirə salıblar. Bu ilin avqust ayının sonunda Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya liderlərinin Fransada görüşü keçirilib. Həmin sammitdə Rusiyanın bu formata qayıdışı məsələsinə toxunulub.

 

 





05.09.2019    çap et  çap et