525.Az

Robert Muqabe vəfat etdi


 

Robert Muqabe vəfat etdi<b style="color:red"></b>

Zimbabvenin sabiq Prezidenti Robert Muqabe 95 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə BBC məlumat yayıb.

Qeyd edək ki, R. Muqabe 1980-87-ci illər aralığında Zimbabvenin Baş Naziri vəzifəsində çalışıb. 1987-ci ildən 2017-ci ilə kimi ölkənin Prezidenti olub.

O, 2017-ci ilin noyabrında hərbi çevriliş nəticəsində postunu tərk edib.

Hakimiyyəti tərk etdikdən sonra R. Muqabe Sinqapurda müalicə olunurdu.

 





06.09.2019    çap et  çap et