525.Az

Kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başladı


 

Kolleclərin boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başladı<b style="color:red"></b>

Sentyabrın 6-dan tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, abituriyentlər sentyabrın 11-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

 





06.09.2019    çap et  çap et