525.Az

Trampla Makron İran məsələsini müzakirə etdilər


 

Trampla Makron İran məsələsini müzakirə etdilər<b style="color:red"></b>

ABŞ prezidenti Donald Trampla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Tərəflər rəqəmsal vergi üzrə danışıqları müvəffəqiyyətlə başa çatdırmaq zərurətini qeyd ediblər.

"Liderlər İranın Fars körfəzində naviqasiyanın və ticarətin azadlığını hədələyən hərəkətləri ilə bağlı təmkinliyi saxlamaq zərurətini razılaşdırıblar", - deyə, xəbərdə bildirilir.

Qeyd edilir ki, Tramp hazırda İranla bağlı sanksiyaların ləğv edilməyəcəyini təsdiqləyib.

 





06.09.2019    çap et  çap et