525.Az

ATƏT PA-nın payız iclasının vaxtı məlum oldu


 

ATƏT PA-nın payız iclasının vaxtı məlum oldu<b style="color:red"></b>

ATƏT Parlament Assambleyasının (PA) payız iclasının vaxtı məlum olub.

APA-nın ATƏT PA-nın saytına istinadən verdiyi xəbərə görə, qurumun 18-ci payız toplantısı 4-6 oktyabr tarixlərində Mərakeşdə keçiriləcək.

ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramına üzv olan Mərakeş bu görüşə ilk dəfə ev sahibliyi edəcək.

ATƏT-in payız görüşü çərçivəsində  “Şimal-Cənub Əməkdaşlıq modelləri və qloballaşan dünyada Aralıq dənizi regionun iqtisadi əlaqələri” mövzusunda Aralıq dənizi Forumu  və “Avro-Aralıq dənizi bölgəsində təhlükəsizliyin təşviqi: ATƏT və tərəfdaşların rolu" mövzusunda parlament konfransı keçiriləcək.

Milli nümayəndə heyətlərinin rəhbərlərindən ibarət Daimi Komitənin iclası oktyabrın 5-də baş tutacaq.

 





06.09.2019    çap et  çap et