525.Az

Siyavuş Novruzov müxalifəti qanvermə aksiyasında iştiraka dəvət etdi


 

Siyavuş Novruzov müxalifəti qanvermə aksiyasında iştiraka dəvət etdi<b style="color:red"></b>

“Məhərrəmlik ayında insanlar özünə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr daha yaxşı olar”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, bəzi insanlar var ki, müəyyən xəstəliklərdən əziyyət çəkir:

“Onların qana ehtiyacı var. Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiya keçirir”.

S. Novruzov insanları Aşura günündə məscidlərdə qan verməyə səsləyib:

“İnsanlar özünü döymə, baş yarma hallarına yol verməsinlər”.

S. Novruzov həmçinin müxalifəti də bu cür aksiyalarda iştirak etməyə dəvət edib:

“Onlar nə ağac əkir, nə qan verir. Onların addımları ancaq söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər qan versinlər”.

 





06.09.2019    çap et  çap et