525.Az

Qaxariya Gürcüstanın baş naziri oldu


 

Qaxariya Gürcüstanın baş naziri oldu<b style="color:red"></b>

Bu gün Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, parlamentin 98 deputatı Georqi Qaxariyanın rəhbərlik etdiyi hökuməti dəstəkləyib.

Parlamentin spikeri Arçil Talakvadze səsvermənin yekunlaşı şərh edərkən bildirib ki, etimad göstərilib və qərar qəbul edilib:

"Mən Gürcüstanın baş naziri və hökumətini etimadın göstərilməsi münasibətilə təbrik edirəm".

 





09.09.2019    çap et  çap et