525.Az

Netanyahu Rusiyaya səfər etməyə hazırlaşır


 

Netanyahu Rusiyaya səfər etməyə hazırlaşır<b style="color:red"></b>

İsrailin baş naziri Binyamin Netanyahu gələn həftə Rusiyaya səfər edə bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu B.Netanyahu İsrail kökümətinin həftəlik iclasında çıxışı zamanı deyib.

İrailin baş naziri bildirib:

"Gələn həftə ərzində mən prezident Putin ilə hərbçilər arasında koordinasiyanın davam etdirilməsini müzakirə etmək üçün Rusiyaya yollana bilərəm".

Sentyabrın 5-i Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, B.Netanyahu yəqin ki, Soçiyə səfər edəcək.

 





09.09.2019    çap et  çap et