525.Az

Gürcüstan prezidentinin sözçüsü işdən azad edildi


 

Gürcüstan prezidentinin sözçüsü işdən azad edildi <b style="color:red"></b>

Xatiya Moistsrapişvili artıq Gürcüstan prezidenti Salome Zurabişvilinin sözçüsü vəzifəsini tutmur.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə prezidentin KİV ilə əlaqələr üzrə müşaviri İrina Şengeliya məlumat verib.

Onun sözlərinə görə, X.Moistsrapişvili artıq mətbuat katibi olmasa da, administrasiyada - kommunikasiya şöbəsində fəaliyyətini davam etdirəcək.

Bununla belə, prezidentin müşaviri nə qərarın səbəbini, nə də vəzifəyə kimin təyin olunacağını açıqlayıb.

Qeyd edək ki, X.Moistsrapişvili 2019-cu ilin yanvar ayından S.Zurabişvilinin mətbuat katibi işləyirdi.

 





09.09.2019    çap et  çap et