525.Az

Saakaşvili: “İlham Əliyevin yenidən seçilməsi məni çox sevindirdi


 

Saakaşvili: “İlham Əliyevin yenidən seçilməsi məni çox sevindirdi<b style="color:red"></b>

“Azərbaycanın Gürcüstan üçün etdiklərini qardaş-qardaşa etməyib”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili Qardabanidə azərbaycanlılarla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan nəinki Cənubi Qafqazda, eləcə də bütün Qafqazda öz sözünü deyən ən böyük və güclü dövlətdir: “Azərbaycan Gürcüstanın çiçəklənməsində və iqtisadiyyatının inkişafında ən önəmli rol oynayan qonşu, strateji tərəfdaş və qardaş ölkədir. Azərbaycan dövləti Gürcüstanın çətin vaxtlarında elə bir iş görüb ki, qardaş-qardaşa bunu etməyib. Bu, tarixi hadisə idi. Bunu unutmağa bizim haqqımız yoxdur və unuda bimərik”.
 
Mixail Saakaşvili İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsinə də münasibət bildirib: “İlham Əliyevin yenidən prezident seçilməsi məni çox sevindirdi.  Onun qələbəsi Gürcüstanın inkişafı deməkdir”.
 
M. Saakaşvili Azərbaycanla birlikdə Gürcüstanın hələ bir çox vacib layihələr həyata keçirəcəyini vurğulayıb: “Biz Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələri vətəndaşlarımızın firavanlığı və sosial həyat şəraitinin yaxşılaşdırması, onların sülh şəraitində yaşaması üçün həyata keçiririk”.

 





23.10.2013    çap et  çap et