525.Az

“Atletiko”nun prezidenti İlham Əliyevi təbrik edib


 

“Atletiko”nun prezidenti İlham Əliyevi təbrik edib<b style="color:red"></b>

Madridin “Atletiko" klubunun sədri Migel Anxel Xill Marin Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlaylb.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məktubda deyilir: “Yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə Sizi “Atletiko” Futbol Klubu adından təbrik etmək istəyirik.
 
Biz çox şadıq ki, Azərbaycanın inkişaf prosesi Sizin siyasi liderliyiniz altında davam edəcəkdir. Ümidvarıq ki, bu prosesdə biz də iştirak edəcəyik.
 
Azərbaycanın strateji tərəfdaşı kimi biz əməkdaşlıq yolumuzu, eləcə də, Sizin ölkənizin imicini təşviq etmək və İspaniya ilə Azərbaycan arasında münasibətləri növbəti illərdə də möhkəmləndirməyə hazırıq.
 
Sizin siyasi uğurlarınıza və bizim xüsusi dostluğumuza yeni idman nailiyyətləri əlavə etmək bizim üçün şərəf olardı.
 
Sizə fəaliyyətinizdə bir daha uğurlar arzulayırıq”.

 





23.10.2013    çap et  çap et