Azərbaycan superkubokunun “Xəzər Lənkəran”a qarşı keçirilən bugünkü oyununda uduzan "Neftçi" baş məşqçinin səlahiyyətləri vəzifəsini icra edən Tərlan Əhmədovu və bütün məşqçilər korpusunu istefaya göndərməyə hazırlaşır.
Qol.Az-ın məlumatına görə, buna komandanın “Xəzər Lənkəran”a məğlubiyyəti səbəb olub.
“Neftçi”nin prezidenti Sadıq Sadıqov məlumatı təsdiqləyib. O qeyd edib ki, Topaz Premyer Liqanın qarşıdakı 11-ci turun "Simurq"la oyununa "Neftçi" hazırkı məşqçilər korpusunun rəhbərliyi ilə çıxacaq, bundan sonra isə komandaya yeni baş məşqçi gətiriləcək.
çap et