“Ukraynada azərbaycanlı iş adamlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı iki ölkənin hüquq-mühafizə orqanları yaxından əməkdaşlıq edir”.
APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Əminliklə deyə bilərik ki, bu məsələ nəzarət altındadır və vəziyyət stabildir”, - səfir qeyd edib.
Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycanın Baş prokuroru Zakir Qaralov Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar ukraynalı həmkarına müraciət edib.