Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
Büronun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, oktyabrın 25-də Bakı və Abşeron yarımadasında hava buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub -qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 8-10, 15-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə oktyabrın 25-də arabir yağış yağacağı gözlənilir. Səhər duman olacaq və şərq küləyi əsəcək.. Havanın temperaturu gecə 5-10, gündüz 20-25 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 12-17 dərəcə isti olacaq.
çap et