Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə yeni dərs ili başlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, dərs ilinin ilk günündə Marneuli rayonunda yerləşən 1 saylı ictimai məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili, Marneuli İcra başçısı Zaur Darğallı, millət vəkili Ruslan Hacıyev və yerli icma nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, yararsız vəziyyətdə olduğu üçün 2016-cı ildə sökülən köhnə məktəb binasının yerində yenisinin tikilməsi üçün büdcədən 1 milyon lari ayrılıb.
Məktəbdə hazırda 150 şagird təhsil alır.