525.Az

DİN polisə basqın edən silahlı qruplaşma barədə yeni rəsmi məlumat yaydı


 

DİN polisə basqın edən silahlı qruplaşma barədə yeni rəsmi məlumat yaydı<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi Qusarda keçirilən xüsusi əməliyyatla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumatda deyilir ki, oktyabrın 16-da Qusar şəhərində valyutadəyişmə məntəqəsinin işçisinə qarşı törədilmiş soyğunçuluqla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Silahlı cinayətkarların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin soyğunçuluq hadisəsinin törədilməsində şübhəli bilinən və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı oktyabrın 19-da silahlı müqavimət göstərən qrupun daha bir üzvünün - Qusar şəhər sakini Edik Rüstəmovun gizləndiyi yer müəyyən edilib.
 
Oktyabrın 23-də bu şəxsin zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat tədbiri keçirilib, nəticədə silahlı müqavimət göstərən Edik Rüstəmov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv edilib.
 
Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Oktyabrım 19-da keçirilən əməliyyat zamanı isə silahlı dəstənin digər üzvləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv ediliblər.
 

 





24.10.2013    çap et  çap et