525.Az

ATƏT sabah qoşunların təmas xəttində monitorinq keçirəcək


 

ATƏT sabah qoşunların təmas xəttində monitorinq keçirəcək<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 25-də Azərbaycanın Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svidberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

 





24.10.2013    çap et  çap et